İlham Əliyev nə qədər mükafat verəcək? - MƏBLƏĞ FANAT.AZ-DA

İlham Əliyev nə qədər mükafat verəcək? - MƏBLƏĞ FANAT.AZ-DA
I Avropa Oyunları başa çatıb. Fanat.az хəbər verir ki, iyunun 12-də startı verilən yarışlar bu gün yekunlaşıb. Bundan sonra isə "Bakı-2015"də iştirak edən idmançılarımız və məşqçiləri mükafxatlandırılacaq. 
Oyunların startından əvvəl prezident İlham Əliyev dövlət başçısı və Milli Olimpiya Komitəsinin sədri kimi Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamları yenidən diqqətinizə çatdırırıq:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
1. Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;
1.4. milli yığma komandaların baş məşqçilərinə ən yüksək nəticə göstərmiş bir idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə);
1.5. komanda idman növlərində komanda üzvlərinə (əsas heyət) və məşqçilərə (baş məşqçi və köməkçi):
1.5.1. birinci yeri tutan hər bir komanda üzvünə 30 min manat, komandanın məşqçilərinin hər birinə 15 min manat;
1.5.2. ikinci yeri tutan hər bir komanda üzvünə 20 min manat, komandanın məşqçilərinin hər birinə 10 min manat;
1.5.3. üçüncü yeri tutan hər bir komanda üzvünə 10 min manat, komandanın məşqçilərinin hər birinə 5 min manat.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti İlham Əliyev
1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:
-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;
-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;
-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.
Fanat.az veriləcək ümumi mükafatın məbləğini müəyyənləşdirməyə çalışıb. Hesablamalara görə idmançılara və məşqçilərinə 8 milyon 70 min manat mükafat veriləcək (Prezident və MOK tərəfindən). Bura milli komandanın məşqçiləri, həmçinin gimnastika üzrə kişilərdən ibarət yığmamızın məşqçiləri üçün nəzərdə tutulan mükafatlar daхil deyil. Bu məşqçilərə veriləcək mükafatı da nəzərə alsaq, məbləğ 9 milyon manatı keçir.
8 milyon 70 min manatın 5 milyon 395 min manatı idmançılara, 2 milyon 675 min manatı şəхsi məşqçilərin payına düşür.

İdmançılar

Qızıl

 3.150.000 manat

Gümüş

 1.200.000 manat

Bürünc

 1.045.000 manat

Şəxsi məşqçilər

Qızıl

 1.575.000 manat

Gümüş

 600.000 manat

Bürünc

 500.000 manat

Cəmi

8.070.000 manat

Fərdi mükafatlar
İdmançılar
Qızıl medal
Firdovsi Fərzəliyev (karate, 60 kq) - 150.000 manat
Rafael Ağayev (karate, 75 kq) - 150.000 manat
Ayxan Mamayev (karate, 84 kq) - 150.000 manat
İrina Zaretska (karate, 68 kq) - 150.000 manat
Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) - 150.000 manat
Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq) - 150.000 manat
Mariya Stadnik (güləş, 48 kq) - 150.000 manat
Anjela Doroqan (güləş, 53 kq) - 150.000 manat
Toğrul Əsgərov (sərbəst güləş, 65 kq) - 150.000 manat
Xetaq Qazyumov (sərbəst güləş, 97 kq) - 150.000 manat
Ayxan Tağızadə (taekvondo, 68 kq) - 150.000 manat
Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) - 150.000 manat
Radik İsayev (taekvondo, +80 kq) - 150.000 manat
Oleq Stepko (idman gimnastikası, paralel qollar) - 150.000 manat
İlham Zəkiyev (paracüdo, +90 kq) - 150.000 manat
Teymur Məmmədov (boks, 81+) - 150.000 manat
Elvin Məmişzadə (boks, 52 kq) - 150.000 manat
Lorenzo Sotomayor (boks, 64 kq) - 150.000 manat
Albert Səlimov (boks, 60 kq) - 150.000 manat
Pərviz Bağırov (boks, 69 kq) - 150.000 manat
Abdulqadir Abdullayev (boks, 91 kq) - 150.000 manat
Gümüş medal
Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq) - 80.000 manat
Sabah Şəriəti (yunan-Roma güləşi, 130 kq) - 80.000 manat
Valentin Demyanenko (kanoe, 200 m) - 80.000 manat
Fəridə Əzizova (taekvondo, 67 kq) - 80.000 manat
Oleq Stepko (idman gimnastikası, fərdi çoxnövçülük) - 80.000 manat
Oleq Stepko (idman gimnastikası, gimnastika atı) - 80.000 manat
Marina Durunda (bədii gimnastika, lentlə hərəkətlər) - 80.000 manat
İslam Qasımov (sambo, 57 kq) - 80.000 manat
Amil Qasımov (sambo, 75 kq) - 80.000 manat
Vasif Səfərbəyov (sambo, +100 kq) - 80.000 manat
Nəzakət Xəlilova (sambo, 52 kq) - 80.000 manat
Sevil Bünyatova (qılıncoynatma, sablya) - 80.000 manat
Orxan Səfərov (cüdo, 60 kq) - 80.000 manat
Səbinə Abdullayeva (paracüdo, 57 kq) - 80.000 manat
Xaybulla Musalov (boks, 75 kq) - 80.000 manat
Bürünc medal
Niyazi Əliyev (karate, 67 kq) - 50.000 manat
İlahə Qasımova (karate, 55 kq) - 50.000 manat
Elman Muxtarov (yunan-Roma güləşi, 59 kq) - 50.000 manat 
Həsən Əliyev (yunan-Roma güləşi, 66 kq) - 50.000 manat
Natalya Sinişin (güləş, 55 kq) - 50.000 manat
Rostislav Pevtsov (triatlon) - 50.000 manat
Patimat Abakarova (taekvondo, 49 kq) - 50.000 manat 
Hacı Əliyev (sərbəst güləş, 61 kq) - 50.000 manat
Ruslan Dibirhacıyev (sərbəst güləş, 70 kq) - 50.000 manat
Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) - 50.000 manat
Cəbrayıl Həsənov (sərbəst güləş, 74 kq) - 50.000 manat
Oleq Stepko (idman gimnastikası, dayaqla tullanma) - 50.000 manat
İlya Qrişunin (batut gimnastikası) - 50.000 manat
Tayfur Əliyev (boks, 56 kq) - 50.000 manat
Sevinc Bünyatova (qılıncoynatma, sablya) - 50.000 manat
Məhəmmədrəsul Məcidov (boks, +91) - 50.000 manat
Anna Əlimərdanova (boks, 54 kq) - 50.000 manat
Yana Alekseyevna (boks, 60 kq) - 50.000 manat
Zakir Mislimov (paqacüdo, +90 kq) - 50.000 manat
Komanda mükafatı
Gimnastika üzrə kişilərdən ibarət yığmamız (idman gimnastikası)
Oleq Stepko - 15.000 manat
Petro Paknyuk - 15.000 manat
Eldar Səfərov - 15.000 manat
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər