İlham Əliyev milli komandanı qəbul etdi

İlham Əliyev milli komandanı qəbul etdi

Prezident İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. Fanat.az xəbər verir ki, inamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən dövlət başçısı bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını bildirib. 

Avropa çempionu Şəhriyar Məmmədyarov dövlət başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını deyib. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib. Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.

Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb. 

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söyləyib və şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğuladyıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər