İlham Əliyev dünya çempionatını izləyirmi?

İlham Əliyev dünya çempionatını izləyirmi?
Ötən həftədən Braziliyada dünya futbol çempionatı keçirilir. Bu mötəbər yarış siyasətçilərin, dövlət və hökumət başçılarının da diqqətindədi.
Fanat.az xəbər verir ki “Media forum” saytı, Azərbaycan prezidenti İlham Əliyevin dünya çempionatını izləyib-izləmədiyini, hansısa komandaya azarkeşlik edib-etmədiyini öyrənmək üçün prezidentin mətbuat katibi Azər Qasımova üz tutub. Azər Qasımov “Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir” sualını çox təəccüblə qarşılayıb:     
- Bu sualı nə ilə əlaqədar verirsiz ki?
- Mövzu işləyirik.
- Bilmirəm, mən belə bir informasiya haqqında heç nə deyə bilmərəm.
“Media forum” saytı Azərbaycan prezidentinin rəsmi “Twitter” səhifəsinə də eyni sualı göndərib: “Prezident İlham Əliyev dünya futbol çempionatını izləyirmi, izləyirsə, hansı komandaya azarkeşlik edir”. Təəssüf ki, bu yolla da cavab almaq mümkün olmayıb... 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər