İlham Əliyev braziliyalı həmkarına başsağlığı verdi

İlham Əliyev braziliyalı həmkarına başsağlığı verdi
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir:
“Hörmətli cənab Prezident!
Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Qeyd edək ki, "Şapekoense" klubunu Cənubi Amerika Kubokunun final oyununa aparan təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər həlak olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər