İlham Əliyev BOK prezidentini qəbul etdi - FOTO

İlham Əliyev BOK prezidentini qəbul etdi - FOTO

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə görüşüb. Fanat.az xəbər verir ki, görüşdə I Avropa Oyunları barədə ətraflı fikir mübadiləsi aparılıb. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti "Bakı-2015"in ilk günlərində maraqlı yarışların olduğunu deyib. O, I Avropa Oyunlarının açılış mərasiminin çox təntənəli keçdiyini vurğulayıb.

İlham Əliyev Tomas Baxın I Avropa Oyunlarına hərtərəfli dəstəyini xüsusi qeyd edərək bu amilin Oyunların əhəmiyyətini daha da artırdığını deyib. Dövlət başçısı "Bakı-2015"in ilk günündə Azərbaycan idmançılarının bir neçə medal qazanmasının önəmini qeyd edib. Azərbaycan Milli Olimpiya Komitəsi ilə Beynəlxalq Olimpiya Komitəsi arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olunub. Mötəbər beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin bunun yaxşı nümunəsi olduğu vurğulanıb.

İlham Əliyev BOK prezidentini qəbul etdi - FOTO

İlham Əliyev BOK prezidentini qəbul etdi - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər