İlham Əliyev avropa qonağı qəbul etdi

İlham Əliyev avropa qonağı qəbul etdi

Prezident İlham Əliyev Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib. Fanat.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışılıb, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulanıb. 

Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirilib və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər