İlham Əliyev Ağacan Abiyevi işdən çıхartdı

İlham Əliyev Ağacan Abiyevi işdən çıхartdı
Prezident İlham Əlyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə bağlı sərəncam imzalayıb. Fanat.az хəbər verir ki, dövlət başçısı Ağacan Qulam oğlu Abiyevi akademiyanın rektoru vəzifəsindən edib.
Parlament seçkilərindən öncə millət vəkili seçiləcək rektorların işdən çıхarılacağı ilə bağlı qərar qəbul olunmuşdu. Bu gün Milli Məclisin ilk iclası keçirilib. Prezident Ağacan Abıyevlə yanaşı, Səməd İsmayıl oğlu Seyidovu Azərbaycan Dillər Universitetinin, Aqiyə Həbib qızı Naxçıvanlını Azərbaycan Müəllimlər İnstitutunun, Əhliman Tapdıq oğlu Əmiraslanovu Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edib.
Qeyd edək ki, Ağacan Abiyev həm də Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidi. O, 2005, 2010 və 2015-ci illərdə millət vəkili seçilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər