İkisinə 2 heç-heçə

İkisinə 2 heç-heçə

Özbəkistanın paytaxtı Daşkənddə FİDE Qran Prisinin II mərhələsi çərçivəsində 2-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, turnirdə iştirak edən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə də qələbə üzünə həsrət qalıblar.

Dmitri Yakovenko (Rusiya) ilə qarşılaşan Rəcəbov qara fiqurlarla heç-heçəyə razılaşıb. Şəhriyar da eyni nəticəni Aniş Giri (Hollandiya) qarşılaşmada təkrarlayıb.

İki turdan sonra Teymurun aktivində 1, Məmmədyarovun isə 0,5 xal var.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər