Sərbəst güləşçi, ikiqat Rusiya çempionu Razambek Camalov Özbəkistan uğrunda yarışda iştirak edib.
Fanat.Az xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili "RİA Novosti"-yə danışıb.
“Razambek Camalov Özbəkistan millisində oynamaq qərarına gəlib. Rusiya Güləş Federasiyası idmançı ilə vidalaşıb. Təəssüf ki, son üç ildə sistematik olaraq çox ciddi zədələrlə üzləşdi, praktiki olaraq liderlik yarışında iştirak edə bilmədi. Və belədə bu qərarı verdi. Komandamızın bir nömrəsi Zaurbek Sidakov ötən il Belqradda keçirilən dünya çempionatında parlaq qələbə qazanaraq yüksək statusunu təsdiqlədi".
Qeyd edək ki, 25 yaşlı Razambek Camalov 2020 və 2022-ci illərdə 74 kq çəki dərəcəsində Rusiya çempionatının qalibi olub.