2-ci Liqada 14-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Göygöl” – “Saatlı-Araz” matçında qonaqlar qələbə qazanıblar.
Bu gün keçirilməli olan “Şahdağ Qusar” – “Kür-Araz” matçı isə qonaq komanda bu oyuna getmədiyi üçün baş tutmayıb.
İkinci Liqa 14-cü tur 28 fevral
“Göygöl” – “Saatlı-Araz” 2:3 Qollar: Ülvi Cəlilov, 9-pen. Oqtay Məmmədov, 88 – Elariz Xəlilli, 11; 43. Elnur Səmədov, 48. Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev.
“Şahdağ Qusar” – “Kür-Araz” matçı baş tutmayıb Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Rasim Axundov, Rəsul Babayev.