İki ulduz idmançı Türkiyəyə buraxılmadı - ŞOK

İki ulduz idmançı Türkiyəyə buraxılmadı - ŞOK
Türkiyənin "Fənərbaxça" və Rusiyanın "Nadejda Orenburq" qadın basketbol klubları arasında keçiriləcək Avroliqa matçından öncə iki amerikalı basketbolçu Türkiyəyə buraxılmayıb. Fanat.Az xəbər verir ki, buna səbəb Ankara və Vaşinqton arasındakı siyasi gərginlik olub.
Belə ki, Türkiyə ABŞ səfirliyinin əməkdaşını casusluq ittihamı ilə həbs edib. Bundan sonra Amerika səfirliyi "işçilərinin təhlükəsizliyi" səbəbi ilə vizaların verilməsini dayandırıb. Türkiyə də eyni addımı ataraq ABŞ vətəndaşlarına viza verməkdən imtina edib.
Siyasi qalmaqal "Nadejda Orenburq"un iki amerikalı basketbolçusunun oyundan kənarda qalması ilə nəticələnib. Bu barədə Rusiya klubunun prezidenti Oleq Xramkin açıqlama verib: "Türk rəsmilər Emma Kannon və Brionne Yonesin ölkəyə girişini yasaqladı. Rəsmi səbəb Türkiyə ilə ABŞ arasındakı münasibətlərin pozulmasıdı. Klub iki əsas oyunçusu olmadan mövsümə başlayacaq".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər