İki legioner "Xəzər Lənkəran"dan gedir

İki legioner "Xəzər Lənkəran"dan gedir
"Xəzər Lənkəran"ın qışda yollarını ayıracağı iki futbolçunun adı müəyyənləşib. Fanat.az xəbər verir ki, gedəcək hər iki futbolçu legionerdi.
Onlardan biri yenidən Braziliyanın "Quarani" klubu ilə anlaşan Duqlas Leytedi. "Xəzər Lənkəran" artıq braziliyalı qolkpierin yerinə qapıçı axtarışlarına başlayıb.
Komandadan gedəcək digər futbolçu isə Edu Orioldu. Con Toşakın istəyi ilə yayda transfer olunan ispan yarımmüdafiəçi "Xəzər Lənkəran"a heç bir xeyir verməyib. Bunun nəticəsiidi ki, o, cəmi 6 oyunda (200 dəqiqə) komandanın formasını geyinib. Mustafa Dənizli Lənkəran klubunun başına qısa müddət əvvəl keçsə də, artıq Oriolla bağlı qərarını verib: 27 yaşlı ispan komandaya lazım deyib.
Edu "Xəzər Lənkəran"a İspaniyanın "Saraqosa" klubundan keçmişdi. O, əvvəllər "Pobla Mafumet", "Reus", "Sant Andreu" klublarında və "Barselona"nın B komandasında çıxış edib.
Qışda "Xəzər Lənkəran"ı daha bir neçə futbolçu tərk edəcək. Yekun siyahı son iki turun oyunundan sonra müəyyənləşəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər