İki komandalı baş məşqçilər

İki komandalı baş məşqçilər

Fatih Terimin həm “Qalatasaray”ı, həm də milli komandanı çalışdırması geniş müzakirələrə səbəb olub. İndi çoxlarını “İmperator”un iki komandaya eyni vaxtda necə rəhbərlik edəcəyi, bunun hansı nəticələr verəcəyi düşündürür.

Amma bundan əvvəl də həm futbolda, həm də digər idman növlərində bir mütəxəssisin eyni zamanda iki komandaya başçılıq etməsi hallarına rast gəlinib. Bu xəbərdə onlardan bəziləri barədə danışacağıq.

1987-ci ildə “Qalatasaray”da Jupp Dervallın köməkçisi olan Mustafa Dənizli daha sonra eyni vaxtda Türkiyə millisinə və “Cim-Bom”a rəhbərlik edib. Mütəxəssis 1987-1988-ci illərdə hər iki komandaya rəhbərlik edib.

2002-ci ildə PSV-nin başına keçən Qus Hiddinkə 3 il sonra Avstriyaliya millisi də təklif olunub. Təklifi qəbul edən holland mütəxəssis 2005-2006-cı ildə həm klubu, həm də yığmanı çalışdırıb. Bu Hiddinkin son təcrübəsi olmayıb. O, 2009-cu ildə Rusiya millisinə rəhbərlik etdiyi vaxtda Roman Abramoviçin də təklifini müsbət cavablayaraq bir müddət də “Çelsi”yə nəzarət edib.

Əfsanəvi ukraynalı mütəxəssis Valeri Lobanovski də eyni vaxtda iki işi görüb. 2002-ci ildə vəfat etmiş baş məşqçi 1975-ci ildə Kiyev “Dinamo”su ilə yanaşı SSRİ millisinə də rəhbərlik edib. 2002-ci ildə isə o, yenə “Dinamo”nun sükanı arxasında olduğu vaxtda Ukrayna millisindən təklif alıb və qəbul edib.

1999-cu ildə “Mançester Siti”yə rəhbərlik edən Mark Hages eyni zamanda Uels millisinə başçılıq edib.

Bu kimi örnəklər təkcə futbolda deyil, digər idman növlərində də var. Məsələn, 2006-2007-ci illərdə Türkiyənin baksetbol yığmasına başçılıq edən çernoqoriyalı Boqdan Tanyeviç həm də “Fənərbaxça Ülker”i çalışdırıb. Ötən mövsüm isə “Fənərbaxça Ülker”in antrenörü Simone Pianigiani eyni zamanda İtaliya millisinə rəhbərlik etmişdi.

Qadın voleybolçulardan ibarət “Qalatasaray Daikin”in italiyalı baş məşqçisi Massimo Barbolini isə bu il həm də Türkiyə millisini çalışdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər