İtaliyanın "Cenoa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəhbərlik komandanı İvan Yuriçə tapşırıb. Xorvat mütəxəssis bu postda istefaya göndərilən Davide Ballardini əvəzləyib.
Qeyd edək ki, "Cenoa" İtaliya A Seriyasında 12 xalla 12-ci pillədədir. İvan Yuriç artıq üçüncüI dəfə bu komandaya baş məşqçi təyin olunur. O, 2017-ci ildə iki dəfə bu komandadakı vəzifəsindən qovulub.
Fanat.Az