İki boksçumuz Qazaxıstanda medal qazandı

İki boksçumuz Qazaxıstanda medal qazandı

Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 3-cü yeri tutub.

Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.

Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər