İkardi İtaliyaya qayıdır - Dörd müştərisi var

İkardi İtaliyaya qayıdır - Dörd müştərisi var

İtaliyanın dörd klubu"Qalatasaray"ın hücumçusu Mauro İkardini A Seriyasına qaytarmağa can atır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.

"Roma", "Latsio", "Milan" və "Napoli" müqavilə ilə PSJ-yə məxsus olan argentinalı ilə maraqlanır.  

İkardi daha əvvəl A seriyasında “İnter” və “Sampdoriya”da çıxış edib. İcarə əsasında "Qalatasaray"da oynayan 30 yaşlı forvard PSJ-yə qayıtmaq istəmədiyini açıqlayıb.

Qeyd edək ki, İkardi Fransa nəhənginə 2019-cu ildə, 50 milyon avro qarşılığında Milan "İnter"indən transfer edilib. Onun parislilərlə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər