İK "Hypers Quba"ya texniki məğlubiyyət verdi

İK "Hypers Quba"ya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Quba” komandasına texniki məğlubiyyət verib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna XI turda "Dinamo" ilə səfər matçında adı protokolda olmayan futbolçu Nail Təhməzlinin meydana çıxması səbəb olub.

Qonaqlar hesab saxlanılmaqla (1:4) texniki məğlubiyyət alıblar.

Quba təmsilçisi bu səbəbdən 400 manat cərimə də ödəməyə məcbur edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər