İK-nın növbəti iclası nə vaxt keçiriləcək? - RƏSMİ

İK-nın növbəti iclası nə vaxt keçiriləcək? - RƏSMİ

AFFA İcraiyyə Komitəsinin (İK) yanvarın 28-də keçirilən iclasından sonra icraçı vitse-prezidentə çevrilən baş katib Elxan Məmmədov mətbuat nümayəndələrinə millinin baş məşqçi postuna 32 namizəd olduğunu açıqlamışdı. Elə həmin vaxt İK-nın növbəti toplantısının 15 gün sonra baş tutacağını söyləmişdi.

 

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Fanat.Az-a gecikən iclasla bağlı bunları deyib:

"Toplantının dəqiq tarixi hələ məlum deyil. Yaxın 10 gün ərzində keçirilməsi planlaşdırılır. İK-nın martın 3-dən – Millətlər Liqasının yeni mövsümünün püşkü atılandan sonra bir araya gəlməsi nəzərdə tutulub”.

Görünən budur ki, AFFA rəqiblərin kimliyi bilinəndən sonra addım atmaqda qərarlıdı.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər