III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanda keçirilən III MDB Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Şəkidə çövkən üzrə komandaların mübarizəsində bürünc medalçı müəyyənləşəcək.  3-cü yer uğrunda matçda Qazaxıstan və Qırğızıstan yğmaları üz-üzə gələcəklər. Şəkidə həmçinin, bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncədə voleybol mübarizəsinə yekun vurulacaq. İdman Sarayında baş tutan yarışın sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

"Nizami yurdu"nda həmçinin, qılıncoynatma görüşləri keçiriləcək, güllə atıclığı, 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər