Azərbaycan İkinci Liqasında çıxış edəcək növbəti klubun adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, İkinci Liqanı 13-cü sırada bitirən "Şəfa" AFFA Region Liqasının ikincisi "Hypers" ilə pley-off mərhələsinin cavab matçına çıxıb.
"ASCO Arena"da keçirilən matç "Hypers"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk oyunda da 2 cavabsız qolla qalib gələn Vüqar Nadirovunkomandası iki görüşün nəticəsinə əsasən 2024/2025 mövsümündən İkinci Liqada mübarizə aparacaq. "Şəfa" isə yeni "futbol ili"ndə AFFA Region Liqasında çıxış edəcək.
II Liqaya vəsiqə uğrunda pley-off oyunu Cavab görüşü 5 iyun
Hypers - Şəfa 2:1
Qollar: Vüqar Nadirov, 2, Məhəmməd Alıyev, 45+2 - Ramiz Qasımov, 65 Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov VAR: Rəşad Əhmədov AVAR: Eyyub İbrahimov “ASCO Arena”