II Liqa: "Xankəndi" də darmadağınla qalib gəldi, "Qaradağ Lökbatan" da

II Liqa: "Xankəndi" də darmadağınla qalib gəldi, "Qaradağ Lökbatan" da

Azərbaycan II Liqasında XVIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 4 matç baş tutub.

Əvvəlcə lider "Xankəndi" evdə "Ağdaş"ı sınağa çəkib. Qarabağ təmsilçisi rəqibi üzərində böyük hesablı qələbə qazanıb. 

Bir saat gec start götürən digər oyunlara gəlincə, liderin ən yaxın izləyicisi "Qaradağ Lökbatan" doğma meydanda "Göygöl"ü 7 cavabsız qolla üstələyib. "Şəmkir" autsayder "Araz Saatlı" ilə dueldən minimal hesabla qalib ayrılıb, "Quba" ilə "Dinamo"nun görüşünün nəticəsini isə 1 qol həll edib. 

Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyunlarında “Şəki Siti” “Kür-Araz”ı 4:3, “Şirvan” isəv“Ağstafa Gəncləri”ni 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası XVIII tur 17 mart 

“Xankəndi” – “Ağdaş” 5:0 Qollar: E.Nəsibov, 2; 78. M.Teymurov, 22; 43. T.Qurbatov, 49. 

“Şəmkir” – “Araz Saatlı” 1:0 Qol: T.Məmmədzadə, 67-pen. 

“Qaradağ Lökbatan” – “Göygöl” 7:0 Qollar: N.Əskərov, 19. T.Nəsibov, 24; 57-pen; 87-pen. A.Mikayılov, 48. S.Allahquliyev, 55. E.Quluzadə, 83.

“Quba” – “Dinamo” 0:1 Qollar: Y.Qarayev, 86.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər