II Liqa: "Qaradağ Lökbatan"dan darmadağın, "Zəngəzur" inamlı qələbəyə sevindi

II Liqa: "Qaradağ Lökbatan"dan darmadağın, "Zəngəzur" inamlı qələbəyə sevindi

Azərbaycan 2-ci Liqasında 4-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 4 matç baş tutub.

İddialılardan olan, ancaq mövsümə inamlı başlamayan "Zəngəzur" yaxın qonşusu "Ağdaş"ın qonağı olub. "Dinamo" səfərdə "Hypers"lə üz-üzə gəlib. "Kür-Araz" "Difai"ni, "Qaradağ Lökbatan" isə "Şəmkir"i sınağa çəkib.  

Qeyd edək ki, ötən gün keçirilən görüşlərdə "Şirvan" "Şəki"ni böyük hesabla (6:0), "Marafon" isə "Ağstafa Gəncləri"ni minimal fərqlə (2:1) üstələyib. 

2-ci Liqa 4-cü tur 21 sentyabr 

“Ağdaş” – “Zəngəzur” 0:2

Qollar: R.Voronsov, 79. T.Qurbatov, 83. Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Ağdaş şəhər stadionu, 15:30.

“Hypers” – “Dinamo” 1:2

Qollar: C.Rəcəbli, 8. -  N.Muradlı, 49. Z.Məmmədli, 52. Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Yavər Rəhimov. Bərdə şəhər stadionu, 15:30.

“Kür-Araz” – “Difai” 3:5

Qollar: S.Həsənov, 8. B.Əliyev, 11, 38. -  A.Xəlilzadə, 40. M.Abasov, 44. A.Qaracayev, 77. E.Ağalarov, 90+1. M.Məmmədov, 90+7. Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Mahal Məmmədov. Saatlı. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Şəmkir” 7:0

Qollar: R.Quliyev, 15. Ə.Əlizadə, 18. R.Orucov, 20. Ə.Hacılı, 65,76. Ə.Əlizadə, 84. K.Mahmudov, 89. Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Seymur Səlimli. Lökbatan. Olikpiya İdman Kompleksinin stadionu, 16:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər