Azərbaycan II Liqasında 9-cu turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 4 görüş baş tutub. "Dinamo" "Lerik"i böyük hesabla məğlub edib. "Şimal" "Saatlı-Araz", "Şəfa" isə Vüqar Nadirovun çalışdırdığı "Haypers Quba" üzərində inamlı qələbə qazanıb. Evdə çıxış edən komandalardan yalnız "Şimal" azarkeşlərini üzüb. "Şəki Siti" səfərdən 3 xalla dönməyi bacarıb.
Azərbaycan II Liqası 9-cu tur 5 noyabr
“Dinamo” – “Lerik” 4:1 Qollar: Aqil Hüseynzadə, 21; Fizuli Dəmirov, 39; Şahin Əliyev, 50, 90-pen. – Vasif Fərəcov, 63.
“Şimal” – “Saatlı-Araz” 2:0 Qollar: Tofiq Nəsibov, 34; Sabir Əlişan, 69.
“Şəfa” – “Haypers Quba” 3:1 Qollar: Elməddin Hüseynzadə, 29; Elvin Nəsibov, 73; Rauf Məhərrəmov, 90+4 – Cavid İmamverdiyev, 64.
“Qusar” – “Şəki Siti” 0:1 Qollar: Elşən Mustafayev.