II Liqa komandasında məşqçi istefası 

II Liqa komandasında məşqçi istefası 

Azərbaycan II Liqasında məşqçi istefası reallaşıb. Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şahdağ Qusar"ın baş məşqçisi Bəhram Şahquliyev postundan ayrılıb. Bu, I Liqanın 18-ci turu çərçivəsində "Kür-Araz"la oyundan sonra baş verib. Təcrübəli mütəxəssis komandasının 1:3 hesablı məğlubiyyətindən sonra istefaya göndərilib. "Şahdağ Qusar" qış fasiləsindən sonra keçirdiyi 4 oyundan yalnız birindən qalib ayrıla bilib. Şimal təmsilçisi 18 turdan sonra 35 xalla 5-ci yerdə qərarlaşıb və liderdən 7 xal geri qalır. Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər