II Liqa: Dörd oyundan üçündə darmadağın qeydə alındı

II Liqa: Dörd oyundan üçündə darmadağın qeydə alındı

Azərbaycan II Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Şəmkir”, “Şahdağ Qusar” və “Şəfa” rəqiblərini 3 cavabsız qolla məğlub ediblər. “Ağdaş” – “Kür-Araz” matçında isə qalib müəyyənləşməyib.

İkinci Liqa 1-ci tur 2 sentyabr

“Şəki Siti” – “Şəmkir” 0:3 Qollar: Vidadi Cəfərov, 68; 82. Ümid Nağdalıyev, 85. Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Sənan Bayramzadə.

“Şahdağ Qusar” – “Dinamo” 3:0 Qollar: Famil Camalov, 16; 45+2-pen. Mehdi Rəsulov, 38. Hakimlər: Səbuhi Bayramov, Rasim Axundov, Aydın Bəxşiyev, Murad Səlimov.

“Şəfa” – “Qusar” 3:0 Qollar: İbrahim Aslanlı, 36. Aqşin Paşayev, 39. Elməddin Hüseynzadə, 79. Hakimlər: İslam Məmmədov, Gülnurə Əkbərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov.

“Ağdaş” – “Kür-Araz” 1:1 Qollar: Taryel Zeynalov, 2 – Elxan Məmmədov, 36.

Turun digər oyunları:

“Göygöl” – “Şimal” 2:3 “Hypers Guba” – “Saatlı Araz” 3:2 “Lerik” – “Füzuli” 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər