İdmançımız dünya çempionatında “gümüş” qazandı

İdmançımız dünya çempionatında “gümüş” qazandı

Portuqaliyanın paytaxtı Lissabonda əlbəyaxa döyüş növləri üzrə dünya çempionatı keçirilir.

Fanat.Az xəbər verir ki, 6 min idmançının iştirak etdiyi yarışda Azərbaycan 12 idmançı ilə təmsil olunur.

Ötən gün kik-boks üzrə 60 kq çəki dərəcəsində yarışan Orxan Mirzəyev medalçılar sırasına düşə bilib. İrlandiyalı rəqibi məğlub edərək, yarmfinala yüksələn idmançımız, daha sonra küveytli rəqibini üstələyərək, həlledici döyüşə vəsiqə qazanıb. Amma finalda fransız rəqibinə yenilən Mirzəyev gümüş medalla kifayətlənib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər