İdmançılarımızın mükafatlandırılması ilə bağlı daha bir SƏRƏNCAM

İdmançılarımızın mükafatlandırılması ilə bağlı daha bir SƏRƏNCAM

Milli Olimpiya Komitəsi prezidenti İlham Əliyev Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb: 

Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram:

1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

-ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

-üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin:

-birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat;

-ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat;

-üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər