İdmançı medalını özü boynundan asacaq - Tokio 2020-də

İdmançı medalını özü boynundan asacaq - Tokio 2020-də
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Tokio-2020 ilə bağlı daha bir qərarı açıqlayıb.
Fanat.az xəbər verir ki, BOK rəhbəri Yaponiya baş naziri ilə görüşündən sonra keçirdiyi mətbuat konfrasında mükafatlandırma mərasimi zamanı idmançıların qazandıqları medalları boyunlarından özlərini taxacağını bildirib. 
Qərarı təşkilatçı ölkədə sürətlə yayılan yeni növ koronavirus infeksiyasından qorunma tədbirlərinin bir hissəsi adlandıran Bax qeyd edib ki, medallar idmançılara qutuda təqdim ediləcək. Qutuları hazırlayan şəxslərin tibbi maska və əlcəkdən istifadə etmələri məcburidir. Həmçinin idmançılar mərasimə maskada qatılmalıdırlar.
Qeyd edək ki, Tokio-2020 23 iyul-8 avqust aralığında keçiriləcək.
 
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər