İdman məhkəməsi Levandovskinin cəzasını qüvvədə saxladı

İdman məhkəməsi Levandovskinin cəzasını qüvvədə saxladı

İspaniyanın idman məhkəməsi "Barselona"nın hücumçusu Robert Levandovski barədə çıxarılan 3 oyunluq diskvalifikasiya qərarına yenidən baxıb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, İspaniya çempionatının 14-cü turu çərçivəsində baş tutan matçda - "Osasuna" ilə görüşdə (2:1) ikinci sarı vərəqəni alandan sonra hakimə hakimə yolverilməz jest edən polşalının cəzası qüvvədə saxlanılıb.

Bu isə o deməkdir ki, 34 yaşlı Levandovski "Barsa"nın La Liqada çıxacağı növbəti 3 qarşılaşmanı -  "Atletiko Madrid", "Xetafe" və "Jirona" ilə görüşləri kənardan izləyəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər