İdman İtaliyaya qayıdır - SON DURUM

İdman İtaliyaya qayıdır - SON DURUM
Mayın 4-dən İtaliyada karantin rejimi yumşaldılmağa başlayacaq.
Fanat.Az-ın xəbərinə görə, bu barədə ölkəin baş naziri Cüzeppe Konte məlumat verib. "La Reppublica” nəşri yazır ki, idman naziri Vinçenso Spadafora həmin tarixdən aktiv idman həyatının başlayacağını güman edir.
Məlumata görə, 4 maydan başlayaraq, idmançılar fərdi qaydada məşq edə biləcəklər. Qrup məşqlərinin isə 18 maydan başlanması nəzərdə tutulur.
Futbol çempionatının bərpası tarixi ilə bağlı indilik hər hansı qərar yoxdu. Amma oyunların azarkeşlərin iştirakı olmadan keçiriləcəyi dəqiqləşib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər