"İctimai" TV-dən sürpriz addım: Finalı Rəşad Sadıqov şərh edəcək

"İctimai" TV-dən sürpriz addım: Finalı Rəşad Sadıqov şərh edəcək
AVRO-2020-nin oyunları yayımlanan "İctimai" TV final görüşü ilə bağlı tamaşaçılara maraqlı sürpriz hazırlayıb. 
Fanat.Az xəbər verir ki, İtaliya və İngiltərə arasında keçiriləcək həlledici qarşılaşmanı bu yığmalara qarşı oynamış, Azərbaycan millisində ən çox oyun keçirmiş sabiq kapitan, hazırda "Zirə" klubunun baş məşqçisi vəzifəsində çalışan Rəşad Sadıqov Tural Dadaşovla birgə şərh edəcək.
Məlumatı kanalın "facebook" səhifəsi yayıb. 
Qeyd edək ki, Avropa çempionatının finalı sabah Londonun "Uembli" stadionunda keçiriləcək. 
Röya
 
"İctimai" TV-dən sürpriz addım: Finalı Rəşad Sadıqov şərh edəcək
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər