İcraiyyə Komitəsinin növbəti iclası keçirildi

İcraiyyə Komitəsinin növbəti iclası keçirildi

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

 

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

Azərbaycan U-19 (qızlar) – Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) – Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) – Xanlar Əliyev

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Sədr

Xalid Cavadov – AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova – AFFA nümayəndəsi

Tariyel Şirəliyev – SOCAR nümayəndəsi

Hafiz Quliyev – İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə – Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov – Dövlət Auditorlar Palatasının sərbəst auditoru

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər