Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Saat 15:00-da başlayacaq iclasın gündəliyini diqqətinizə çatdırırıq:
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi - İnkişaf hədəflərinin müəyyən olunması - Strategiyanın yazılması 2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi 3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi 4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.