İcraiyyə Komitəsi milli komandaların çıxışını müzakirə edəcək

İcraiyyə Komitəsi milli komandaların çıxışını müzakirə edəcək
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 
Fanat.Az saytı xəbər verir ki, yığıncaq dekabrın 8-də baş tutacaq. Tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.
İcraiyyə Komitəsinin növbəti iclası saat 11:00-da başlayacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi
3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi
4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi
5. Digər məsələlər
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər