Mingəçevir şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir.
Fanat.Az xəbər verir ki, I Divizionda yarışacaq "Mingəçevir"in ev oyunlarını keçirəcəyi arena 2022/2023 mövsümünə hazırlanır.
Stadionun meydançası qaydaya salınır, azarkeşlərin rahatlığı üçün oturacaqlar nizamlanır, futbolçuların geyinib-soyunma otaqları, duşxana və sanitar qovşaqları, eləcə də tribuna təmir olunur.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu gün Yaşar Məmmədzadə adına stadiona baş çəkərək təmir-bərpa işləri ilə tanış olub. Şəhər rəhbəri işlərin gedişatı ilə bağlı əlavə tapşırıqlarını verib. İlham İsmayılov “Mingəçevir” komandasının hazırlıq vəziyyəti və qarşıda duran planları ilə də maraqlanıb.
İcra başçısı stadiona tez-tez baş çəkəcəyini diqqətə çatdırıb.
Mirağa