"İbrahimoviçlə oynamaq şərəfdir"

"İbrahimoviçlə oynamaq şərəfdir"

“Milan”ın müdafiəçisi Malik Tşau əfsanəvi hücumçu, 41 yaşlı isveçli ulduz Zlatan İbrahimoviçlə eyni komandada oynadığına görə özünü xoşbəxt hesab etdiyini deyib.

Fanat.Az xəbər verir ki, "Pianetamilan.it" alman müdafiəçinin hisslərini belə çatdırıb: 

"Uşaqlıqdan Zlatana heyran idim. Televiziyada oyunlarını heyranlıqla izləyirdim. Onun yanında oynamaq inanılmaz bir şeydir. Mən bu şərəfə nail olduğuma görə özümlə fəxr edirəm. Hər məşqdə ondan nəsə öyrənirik. O, əsl liderdir. Uduzmağa nifrət edir". 

Xatırladaq ki, Tşau "Milan"a ötən yay "Şalke"dən keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər