Cənubi Amerikanın Çempionlar Liqası sayılan Libertadores Kubokunun finalında əzəli rəqibi "River Pleyt"ə mğlub olan "Boka Xuniors"un sabiq çalışdırıcısı Quilermo Barros Çelottonun yeni ünvanı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ABŞ mətbuatı Çelottonun isveçli ulduz Zlatan İbrahimoviçin də formasını geydiyi ABŞ təmsilçisi "Los Anceles Qalaksi" ilə anlaşdığını yazıb. 3 illik müqaviləyə imza atacaq təcrübəli mütəxəssisn köməkçilərinin isə əkiz qardaşı Qustavo ilə Ariel Pereyra olduğu bildirilib.
Fanat.Az