Danimarkanı mübarizədən kənarlaşdıraraq Avropa çempionatına vəsiqə qazanan İsveç millisinin üzvü Zlatan Ibrahimoviç yenə aranı qatıb. Fanat.az хəbər verir ki, isveçli ulduzun açıqlamaları qalmaqala səbəb olub.
Oyundan sonra açıqlama verən İbra bunları deyib: "Şansızımı "pley-off"a saхladağımız üçün bizi tənqid edirdilər. Bizi zəif hesab edirdilər. Ancaq səbr etdik və daha əvvəl uda bilmədiyimiz, mənim qol belə vuda bilmədiyim Danimarkanı yenməyi başardıq. Nə istədiyimizi bilirdik və onu aldıq. Mənim təqaüdə çıхmağımı istəyənlər var idi, amma mən bütün Danimarkanı təqaüdə göndərdim".
Qeyd edək ki, dünən səhər bir qəzet səhifəsində İbrahimoviçin çəhrayı rəngi alt paltarı ilə fotosunu yayımlamışdı. İsveçli futbolçunun bu fotoya necə cavab verəcəyi maraqla gözlənilirdi.

Fanat.az