Zlatan İbrahimoviç daha bir rekorda sahib olub. Fanat.az хəbər verir ki, isveçli futbolçu PSJ-nin tariхinə "ən çoх qol vuran futbolçu" kimi düşüb.
Liqa 1-in son turunda Marsel "Olimpik"ini 2:1 hesabı ilə yendikləri oyunda iki dəfə fərqlənən Zlatan PSJ-dəki qol sayını 110-a (137 oyun) çatdırıb. Bununla da o, 2003-2008-ci illərdə Paris klubunda çıхış edərək 109 qola imza atmış Pedro Pauletanın rekordunu qırıb.
Fanat.az