İbrahimoviç yenə coşdu: "Qayıdıb musiqini dəyişəcəyəm"

İbrahimoviç yenə coşdu: "Qayıdıb musiqini dəyişəcəyəm"

"Milan"ının isveçli hücumçusu Zlatan İbrahimoviç yenidən iddialı açıqlamaları ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, ulduz forvard "Sport Mediaset"ə müsahibəsində əməliyyatdan sonra əvvəlki kimi, möhtəşəm çıxış edəcəyinə söz verib:

“25 ildir tənqidlərə məruz qalıram və buna çoxdan öyrəşmişəm. Tənqid normaldır, çünki tənqid olunmursansa, deməli, zirvədə deyilsən. Bu, atəşə yanacaq əlavə etmək kimidir. Odla oynayanda isə yanırsan. Mən isə hələ də tanrıyam, bir nömrəyəm. Mən yenidən qayıdıram və musiqini dəyişəcəyəm". 

Xatırladaq ki, İbrahimoviç bu mövsüm ayağından zədə alıb və əməliyyat olunub. İtaliya çempionatının son mövsümündə o, 23 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər