"Milan"ın hücumçusu Zlatan İbrahimoviç PSJ-nin futbolçusu Lionel Messi ilə "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldu arasında seçib edib.
Fanat.Az xəbər verir ki, bu barədə isveçli forvard "Football Italia"ya açıqlamasında danışıb.
"Asan seçim deyil. İkisi də çox güclüdür. Ancaq yenə də seçim etməliyəmsə, mən Messini deyirəm. Onunla bir yerdə oynamışam. Messinin etdikləri məşqin nəticəsi deyil, vergidir".
Qeyd edək ki, İbrahimoviç 2009-2011-ci illərdə "Barselona"da Lionel Messi ilə komanda yoldaşı olub.
Röya