İbrahimoviç ÇL oyununu buraxacaq

İbrahimoviç ÇL oyununu buraxacaq

Çempionlar Liqasında qrup mərhələsinin I turunda B qrupu iştirakçıları "Liverpul" ilə "Milan" üz-üzə gələcək. 

Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, İtaliya təmsilçisi sabah keçiriləcək görüşə itki ilə çıxacaq. 

Komandanın hücumçusu Zlatan İbrahimoviç matçı buraxmalı olacaq. İsveçli futbolçu zədə səbəbindən heyətdən kənarda qalıb. 

Qeyd edək ki, sözügedən qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Emin Şəmsiyev  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər