İbrahim Uzunca "Neftçi" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi matçın heç-heçə başa çatmalı olduğunu deyib:
"Premyer Liqada çıxış etməyimizlə bağlı sıxıntımız var idi. Başda Hafiz Məmmədov olmaqla, bu komandanı çempionata qazandırdıqları üçün hamıya təşəkkür edirik. Son 6 ildə “Bakı”nın futbol akademiyasından bir çox futbolçu yetişdirdik. Futbolçularımı göstərdikləri mübarizə əzminə görə təbrik edirəm. Fikrimcə, oyun heç-heçə başa çatmalıydı. Kiçik bir səhvdən qapımızda qol gördük. 1-2 həftə sonra tam hazır olmağa çalışacağıq. Məqsədimiz Premyer Liqada yerimizi qorumaq və futbolumuza yeni oyunçular yetişdirməkdi”.
Fanat.az