İbrahim Şehiç: ÇL-in qrupunda oynamaq istəyirik"

İbrahim Şehiç: ÇL-in qrupunda oynamaq istəyirik"
"Mövsüm bizim üçün yuxu kimi oldu. Avropa Liqasında yaxşı çıxış etdik, turnirin finalçısına səfərdə qalib gəldik. Ardıcıl ikinci dəfə ölkə çempionu olduq və kuboku da qazanmaq şansımız var". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç deyib.
Bosniya və Hersoqovina mətbuatına danışan Şehiç cari mövsümün onun üçün çətin keçdiyini bildirib: "Qarabağ" bu çempionluğu uzun müddət gözləyirdi. Nəhayət, ardıcıl iki mövsüm çempionatın qızıl medallarına yiyələndik. Bu, mənim komandaya gəlişimlə üst-üstə düşdüyü üçün çox şadam. Mövsüm bizim üçün çətin keçdi. 62 oyunun 90 faizində iştirak etmişəm. Buna görə çox yorğunam. Ancaq şikayətlənmirəm. "Qarabağ"la ikinci titulumu qazandığım üçün şadam. Çempionluq başqa heç nə ilə müqayisə edilə bilməz. 
Hakimlərin qərəzli qərarı ilə Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra iştahamız daha da artıb. Biz qrupun son oyununda "İnter"ə qalib gəldik. Lakin hakimlər təmiz qolumuzu hesaba almadılar. Nəticədə 1/16 finala "Dnepr" yüksəldi və hazırda onlar finaldadılar. Növbəti mövsüm Çempionlar Liqasının qrupunda oynamaq istəyirik". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər