I və II Liqaların loqoları müəyyənləşdi - FOTO

I və II Liqaların loqoları müəyyənləşdi - FOTO

Futbol üzrə Azərbaycan I və II Liqalarının loqoları bəlli olub.

Fanat.Az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqaların sıralamasına uyğun olaraq ana xətdə rum rəqəmləri ilə 1-ci və 2-ci sıra sayları ifadə edilib.  Burada həm də sıra saylarının çempionatları göstərən Liqa sözünün baş hərfinin (L) tamamlanmasında iştirak etdiyini görmək mümkündür.

I və II Liqaların loqoları müəyyənləşdi - FOTO 1-ci və 2-ci sıra sayları və L hərfi arasındakı məsafə komandaların yüksəlişə (yüksək liqaya) doğru yoluna işarədir. Yolun konturları isə həm də qələbə üçün üz-üzə gələn iki tərəfi – klubları ehtiva edir.

Futbolçunun silueti oyunların əvəzolunmaz hissəsinin nümayişi ilə yanaşı, topa başla zərbə vuran futbolçu “İ” hərfinin obrazlı şəkildə təsviridir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər