Bu gün Azərbaycan I Liqasında 9-cu tur start götürəcək.
Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək tur çərçivəsində bu gün iki qarşılıaşma keçiriləcək.
Autsayder “Qaradağ Lökbatan” MOİK-i qəbul edəcək. “Baku Sportinq” isə “Difai” ilə üz-üzə gələcək.
Azərbaycan I Liqası 9-cu tur 11 dekabr
14:00. “Qaradağ Lökbatan” – MOİK Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Rəhman Aslanov, Murad Səlimov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Elman Musayev Lökbatan OİK stadionu
14:00. “Baku Sportinq” – “Difai” Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Rüfət Əmirov “Baku Sportinq Arena”