I Liqa: "Mingəçevir" pley-offa vəsiqə qazandı

I Liqa: "Mingəçevir" pley-offa vəsiqə qazandı

Bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off-da oynayacaq 2-ci komanda müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu, 1-ci liqanın sonuncu - 27-ci turunda keçirilən "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olub. Görüşdə bölgə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. Beləliklə, "Mingəçevir" mövsümü 2-ci pillədə tamamlayıb və pley-offa vəsiqə əldə edib. 

Reqlamentə əsasən, 1-ci liqada 2-ci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu mayın 28-də neytral meydanda keçiriləcək. 22 may

"Mingəçevir” – “Səbail” - 4:1

Qollar: E.Bayramov, 14, E.Mustafayev 29, Ə.Eyubov, 53, K.Quliyev, 90+2-pen - Q.Səfərov, 42   "Şahdağ Qusar" - "Baku Sportinq" 1:1

Qollar: P.Aqblevor, 46 - E.Tağıyev, 29

"Zaqatala" - "Şəfa" 2:1

Qollar: S.Abdullayev, 49, M.Məmmədov, 53 - İ.Əliyev, 10

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər