I Liqa: "Karvan" mövsümə qələbə ilə başladı

I Liqa: "Karvan" mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan I Liqasında 2024/2025 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, açılış matçında "Karvan" doğma meydanda "Qaradağ Lökbatan"ı qəbul edib. 

Qarşılaşma Yevlax təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb

I Liqa I tur 11 sentyabr (çərşənbə)

“Karvan” – “Qaradağ Lökbatan” 1:0

Qol: Roman Hüseynov, 63-pen.  Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov Yevlax şəhər stadionu

Turun digər görüşləri 12-13 sentyabr tarixlərində baş tutacaq:

12 sentyabr (cümə axşamı)

16:30. “Difai” – “Cəbrayıl” Hakimlər: İslam Məmmədov, Mirnihat Seyidov, Orxan İbişov, Nazim Abdullayev Şamaxı OİK stadionu

18:00. “İmişli” – “Baku Sportinq” Hakimlər: Namiq Bəkirov, Səbuhi Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev Tovuz şəhər stadionu

13 sentyabr (cümə)

17:00. MOİK – “Mingəçevir” Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev Lökbatan OİK stadionu

17:00. “Qəbələ” – “Zaqatala” Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov Qəbələ şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər