I Liqa: İkinci dövrə başlayır

I Liqa: İkinci dövrə başlayır

Bu gün Azərbaycan I Liqasında 10-cu turun oyunları start götürür.

Fanat.Az xəbər verir ki, ikinci dövrənin ilk turunun açılış günündə 3 matç baş tutacaq.

Əvvəlcə "Mingəçevir" ilə yüksəlişdə olan "Cəbrayıl" üz-üzə gələcək. Yaşar Məmmədzadə adına stadionda keçiriləcək oyun 14:00-da başlayacaq. 

Digər iki qarşılaşmanın start fiti yarım saat sonra səsləndiriləcək. “Baku Sportinq” Buzovnada “Şahdağ Qusar”ı, MOİK isə Binədə "Şimal"ı sınağa çəkəcək.

Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Azərbaycan I Liqası 10-cu tur 10 dekabr   

14:00. “Mingəçevir” – “Cəbrayıl” Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Mahmud Bağırzadə Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).   14:30. “Baku Sportinq” – “Şahdağ Qusar” Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Şamil İmanzadə. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Buzovna qəsəbə stadionu.

14:30. MOİK – “Şimal” Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Ceyhun Hüseynov. Hakim-inspektor: Feyzulla Feyzullayev. AFFA nümayəndəsi: Elman Musayev. Binə qəsəbə stadionu.

I Liqa: İkinci dövrə başlayır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər