Lüksemburq yığmasının baş məşqçisi Lük Holts komandasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışından danışıb. Fanat.az xəbər verir ki, Holts yerli mətbuata açıqlamasında Azərbaycanla oyunlarda (evdə 0:0, səfərdə 1:1) qeydə alınan bərabərlikləri uğur saymadığını vurğulayıb. “Cırtdanlar”ın çalışdırıcısı bərabərliklərə Foqtsun komandasıyla görüşlərdə bəxtlərinin gətirmədiyini söyləyib:
“Tsikl ərəfəsində hədəfimiz beş xal sərhəddini aşmaq idi. Artıq bu məqsədimizə çatmışıq. Amma bu, o demək deyil ki, biz altı xalla kifayətlənmək fikrindəyik. Əlbəttə, bizi iki ağır oyun gözləyir. Amma Rusiya ilə ev və Portuqaliya ilə səfər oyunlarında da uğur qazanmağa çalışacağıq. Fikrimcə, Azərbaycanla oyunlarda bir qədər bəxtimiz gətirsəydi, indi hesabımızda daha çox xal ola bilərdi”.
Fanat.az